Millət vəkili Mustafa Akıncı ilə görüşdü.
20.07.2016 13:59 Siyasi reaksiya 1178
Millət vəkili,Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ŞKTC-nin prezidenti Mustafa Akıncı ilə görüşdə: Türk dünyasının keçdiyi bu çətin dönəmdə birliyimizi daha da gücləndirməliyik! -deyib.
20 Temmuz Barış ve Özgürlük Hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC Parlament sədrinin dəvəti ilə Şimali Kiprdə olan millət vəkili Q.Paşayeva ŞKTC-nin prezidenti Mustafa Akıncı ilə görüşdə dost, qardaş Azərbaycanlıların ŞKTC -nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il artması müsbət hadisədir.
Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.
ŞKTC-nin Prezidenti Mustafa Akıncı Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC prezidenti Mustafa Akıncı ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva Mustada Akıncıya Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib. Eyni zamanda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan Milli Kişi Geyimi ŞKTC prezidenti Mustafa Akıncıya hədiyyə edilib.
Millət vəkili Qənirə Paşayeva həmçinin 20 iyul Sülh və Azadlıq Bayramının 42-ci ildönümü ilə bağlı rəsmi tədbirlərdə də iştirak edib. Tədbirlərdə Türkiyədən yüksək səviyyəli dövlət nümayəndə heyəti ilə bərabər bir sıra ölkələrdən nazirlər, millət vəkilləri, ictimai-siyasi xadimlər də iştirak ediblər.
Şərhlər