Türkiyənin ölkəmizdəki səfiri İlham Əliyevə təşəkkürünü bildirdi

21.07.2016 18:22     Siyasi reaksiya     1202

“Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki,Türkiyə Cümhuriyyəti, demokratiyası ayaqdadır, buna kiminsə şübhəsi olmasın: “Fətullahçı terror təşkilatının əməllərinə xalqın necə təpki verməsinə şahid oldunuz. Xalq küçələrdə mövqe sərgilədi, siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Tükiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar. Bu prosesdə Türkiyə demokratiyası qazandı”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar