ABŞ Fətullah Gülənin Türkiyəyə təslimi ilə bağlı təklif edib

22.07.2016 16:06     Siyasi reaksiya     1053

ABŞ Dövlət Departamenti Pennsylvania-da yaşayan din xadimi Fətullah Gülənin Türkiyəyə təslim olunması mövzusunda qurulacaq ortaq bir qrupun Türkiyəyə göndərilməsini təklif edib.

Bu baradə Vaşhinqtonda təşkil olunmuş mətbuat konfransında çıxış edən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.
 
Cənab Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin göndərdiyi sənədləri yoxladıqlarını deyən cənab Kirbi, rəsmi ekstradisiyanın baş tutması üçün sağlam dəlillərə ehtiyac olduğunu bildirib.
 
Cənab Kirbi bildirib ki, Fətullah Gülənin təslim edilib-edilməməsi ilə bağlı qərar ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyinin birgə fəaliyyətinin nəticəsində veriləcək.
 
Türkiyə hökuməti ölkədə baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-da mühacirətdə olan din xadiminin dayandığını iddia edir.
 
Cənab Gülən iddiaları rədd edir.
 

Şərhlər

Çox oxunanlar