Ziyafət Əsgərov: “Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq”

22.07.2016 16:34     Siyasi reaksiya     1293

Bakı. Mübariz Aslanov – APA. “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həlllini dəstəkləyirik”.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisi sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədriZiyafət Əsgərov deyib.

 

Z. Əsgərov bildirib ki, Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”.

 
 
 

 

Şərhlər

Çox oxunanlar