Avropa Birliyindən Türkiyəyə MESAJ - “Danışıqlar dondurulacaq”

25.07.2016 12:59     Siyasi reaksiya     1071

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin Birliyə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, onun sözlərinə görə, Avropa Birliyində ölüm hökmünün qanuniləşdiyi ölkənin yeri yoxdur.
 
Xatırladaq ki, iyulun 16-da Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi zamanı 265 nəfər həlak olmuş, 1400-dən artıq insan yaralanmışdı.
 
Hadisədən sonra president Rəcəb Tayyip Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar