Tansu Çillər sükutu pozdu və…

26.07.2016 01:16     Siyasi reaksiya     1054

Türkiyənin keçmiş baş naziri Tansu Çillər baş nazirliyi dövründə Gülən Camaatının dövlət içindəki paralel dövlət qurmasına göz yumulduğu şəklində yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, keçmiş baş nazir bununla bağlı yazılı bəyanat verib.

Çillər baş nazirliyi dövründə Gülən Camaatının dövlət içindəki paralel dövlət qurmasına göz yumulduğu mənasını daşıyan abstrakt ifadə və təsniflərə yer verildiyini bildirərək, baş nazir vəzifəsində işlədiyi dövrdə dövlət içində paralel qurmağa heç bir şəkildə isti baxılmadığını bildirib. Bu çərçivədə, camaata yaxın bəzi hərbi tələbələrin qorunmasına yönəlik olaraq dövrün Baş Qərargah rəisindən istəkdə olduğu şəklindəki bəyanatların reallıqla əlaqəsi olmadığını vurğulayan Çillər baş nazirliyi zamanı öz növbəsində Ali Hərbi Şura iclaslarında alınan qərarlara tərəfindən qoyulmuş hər hansı bir şərhin də olmadığını ifadə edib.

Bunun ordu daxilində paralel qurmağa qarşı mövqeyinin konkret bir sübutu olduğunu vurğulayan Çillər bunları qeyd edib: “Bu arada, gündəmə daşınan məsələlərdən biri Bank Asiyanın açılışında hazır olmağım məsələsidir. O dövrdə hümmət pullarının kölgə kimi tutulduğuna dair kəşfiyyatı məlumatlar çatmışdı. Bu pulların ölkəmizin maliyyə sisteminə daxil edilərək, qeydiyyat altına alınmasının vacibliyi nəzərə alınaraq, bunu təmin edəcək bir addım kimi qiymətləndirilən Bank Asiyanın açılışında qatılmışdım.

Hər bir vətəndaşın din və etiqad azadlığı ilə şəxsi azadlıqlarına hörmət edən, amma dövlət içində paralel qurmağa qətiyyən qarşı bir idarəetmə anlayışı və inancı içində olduğumuz məsələni hörmətli ictimaiyyət ilə bölüşür, hörmətimi bildirirəm”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar