Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib
26.07.2016 10:57 Siyasi reaksiya 1034
Donbasda münaqişə zonasında vəziyyət kəskin gərginləşib
APA-nın məlumatına görə, bu barədə Ukrayna XİN-in məlumatında bildirilir.
Məlumatda deyilir ki, Minsk razılaşmalarına uyğun olaraq geri çəkilməli olan ağır silahların təmas xətti boyunca cəmləşdiyi müşahidə olunur.
Ukrayna XİN beynəlxalq təşkilatlara müraciət edərək Donbasda gərginliyin artmasının qarşısını almaq üçün Kremlə qarşı siyasi və diplomatik təzyiqi gücləndirməyə çağırıb.
Şərhlər