Robert Sekuta: "ABŞ Azərbaycanla sıx əməkdaşlıq edir"

02.06.2015 19:33     Siyasi reaksiya     1010

"ABŞ Azərbaycanla enerji, təhlükəsizlik, o cümlədən iqtisadiyyatın inkişafı sahəsində sıx əməkdaşlıq edir".

APA-nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

 O qeyd edib ki, bu əməkdaşlığın әsas məqsədi Azərbaycanın sabit, çiçəklənən, inkişaf edən və demokratik bir ölkəyə çevrilmәsidir: "ABŞ-la Azərbaycan arasında  20 ildən çoxdur münasibətlər var. Ölkəmiz Azərbaycana neft və qaz resurslarının hasilatı və nəqli məsələsində kömək edir. Burada söhbət boru xətlərinin çəkilməsi və onların istehlakçılara çatdırılmasından gedir. Biz bu sahədə çox sıx əməkdaşlıq edir, Azərbaycanın bu işdə oynadığı rolu çox yüksək qiymətləndiririk".

Səfir əlavə edib ki, I Avropa Oyunları öncәsi Bakıda hәr kәs çox böyük tikinti, quruculuq və abadlıq işlərinin şahidi olub.

"Biz bir ölkə olaraq idmanı müxtəlif insanları, müxtəlif xalqları bir araya gətirmək, dostluq mühiti yaratmaq baxımından tәqdir edirik. Hökumətimiz və şəxsən öz adımdan Bakı-2015-in bütün iştirakçılarına, o cümlədən azərbaycanlı idmançılara uğurlar arzu edirəm",- deyә sәfir bildirib.

Şərhlər

Çox oxunanlar