“Sarkisyanı Qarabağ danışıqlarından imtina etməyə məcbur edirlər” - Metyu Brayza

27.07.2016 03:41     Siyasi reaksiya     933

“Ermənistanda polis binasını tutan silahlılar Serj Sarkisyanı qorxutmaq istəyirlər”.

Admiral.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, silahlı qrup bu addımla Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı təkliflərdən imtina etməyə məcbur etməyi düşünürlər.

“Mən əvvəl İrəvanda girovların tutulması ilə bağlı hadisəni şərh etmirdim, çünki hadisənin motivləri anlaşılmaz qalırdı. Müəyyən araşdırmalardan sonra belə nəticəyə gəldim ki, bu hücumlar Sarkisyanı qorxutmaq cəhdinin bir hissəsidir. Məqsəd onu Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Sankt-Peterburqda Putin tərəfindən təklif olunan təkliflərdən imtina etməyə məcbur etməkdir”, - deyə o bildirib.  

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar