ABŞ öz generalını Türkiyəyə yolladı
27.07.2016 22:15 Siyasi reaksiya 1184
ABŞ 3-cü Hərbi Hava Qüvvələri komandanı general Timoti Ray Türkiyəyə gəlib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, amerikalı general Türkiyədəki İncirlik aviabazasına baş çəkib. General burada amerikalı əsgərlərlə görüş keçirib.
Xatırladaq ki, bundan öncə Türkiyə mediası ölkədə hazırlanan hərbi çevrilişdə ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (İSAF) komandanı Con F.Kempbeli günahlandırıb. Məlumata görə, o, hərbi çevrilişə cəhdə qədər gizli şəkildə iki dəfə Türkiyəyə səfər edib, həm Ərzurumda, həm də Adanadakı İncirlik bazasında görüşlər keçirib. Eyni zamanda, general Kempbell çevriliş zamanı rütbəsindən asılı olaraq zabitlərin atacağı bütün addımları da öncədən müəyyən edib. Sonradan Kempell və ABŞ hökuməti bu iddiaları rəsmən təkzib edib.
Şərhlər