Senator Keynin namizədliyi rəsmi olaraq ABŞ vitse-prezidenti postuna irəli sürülüb

28.07.2016 01:31     Siyasi reaksiya     1056

Senator Timoti Keyn Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ vitse-prezidenti postuna irəli sürülüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Filadelfiyada Demokrat partiyasının seçkiqabağı qurultayında qərar qəbul edilib.

 

Qeyd edək ki, 58 yaşlı Tim Keyn Riçmond şəhərinin meri və Virciniya ştatının qubernatoru vəzifələrində çalışıb. Hazırda Keyn Virciniya ştatını Senatda təmsil edir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar