Çevriliş cəhdi gecəsi xalqın meydanlara çıxmaması üçün telefonlara mesajları kim göndərirmiş?

28.07.2016 12:09     Siyasi reaksiya     986

Türkiyədə 15 iyul çevriliş cəhdi gecəsi prezident Ərdoğanın xalqı küçələrə çağırmasının qarşısını almaq üçün, insanların mobil telefonlarına saxta mesajlar göndərilmişdi

Politika.Az xəbər verir ki, göndərilən mesajlarda, xalqdan küçələrə çıxmamaq tələb edilir, bəzi mesajlarda isə dövlət çevrilişi cəhdinin artıq bitdiyi və xalqdan evlərinə dağlışmaq tələb olunurdu. BBəzi mesajlar məhz Türkiyə hökuməti adından vətəndaşların mobil telefonlarına göndərilirdi. Türkiyə hökuməti buna tez bir zamanda reaksiya verərək, SMS-lərin saxta olduğunu və çevrilişçilər tərəfindən edildiyini telekanallar vasitəsi ilə xalqa çatdırdı. 

Türkiyədə bu SMS-lərlə bağlı sosial mediada yayılan bir iddia hər kəsi şoka salıb. İddiaya görə, bu saxta SMS-lər Səadət partiyası Üsküdür rayonunun sədri Məhəmməd Gurlu tərəfindən göndərilib. Bu iddianı sübuta yetirmək üçün mesajların skrenşotu da yayılıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar