ABŞ "Cənub Qaz Dəhlizi" ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirir

11.07.2015 16:44     Siyasi reaksiya     1731

ABŞ Azərbaycanın strateji tərəfdaşı və dostu olaraq, gələcəkdə istifadə olunacaq "Cənub Qaz Dəhlizi" layihəsi və digər layihələrlə bağlı əməkdaşlığı davam etdirir.

Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.

A.Hokstayn bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir.

O eyni zamanda, qeyd edib ki, ABŞ Azərbaycanla güclü strateji tərəfdaşlığa başlayıb: "Azərbaycanın dostu və strateji tərəfdaşı rolunu yerinə yetirərək bilavasitə sözügedən layihə üzrə əməkdaşlığı davam etdirəcəyik. Biz Azərbaycana gələcək layihələrdə də dəstək verəcəyik. Bu tərəfdaşlıq çox güclü tərəfdaşlıqdır”.

Şərhlər

Çox oxunanlar