Ellada Məmmədli: "Gələcəyi sizlə birgə yaşayacağıq"...

03.06.2015 11:32     Siyasi reaksiya     852

Qarşıdan Parlament seçkiləri gəlir. Bəs görəsən bu seçkidən siyasətçilər nə kimi dəyişikliklər gözləyirlər? ADR Hərəkatı Sədrinin müavini Ellada Məmmədli bildirib ki, əslində ölkədə keçiriləcək parlament seçkilərindən heç bir müsbət dəyişiklik gözləmir: “Nə qədər ki, seçki məntəqələri demokratik şəkildə formalaşmayıb, seçki qanununa müəyyən dəyişikliklər edilməyib hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Əgər dediyim hissələrdə dəyişiklik olarsa, onda bu haqda düşünməyə dəyər”.

Ellada Məmmədli ADR - in bu parlament seçkilərində hansısa qüvvələrlə ittifaqa getmək ehtimalinin olub olmaması ilə bağlı sualımızı bu cür cavablandırdı: “Azərbaycan Demokratiya və Rifah Hərəkatı ( ADR) adından göründüyü kimi bir hərəkatdır. Ölkə qanunvericiliyinə əsasən ictimai birliklər və hərəkatlar seçkidə iştirak edə bilməz. Əgər üzvlərdən kimsə fərdi olaraq seçkidə iştirak edərsə, ADR ona müdaxilə etmək hüququna malik deyil”.

Hərəkatın gələcəkdə partiyaya çevrilib çevrilməyəcəyi ilə bağlı sualımıza müsahibimiz siyasi cavab verdi: “Gələcəyi sizlə birgə yaşayacağıq”.

Şərhlər

Çox oxunanlar