"İslamı terrorçuluqla eyniləşdirmək olmaz" - Roma Papası

02.08.2016 12:47     Siyasi reaksiya     1226

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Roma Papası II Fransisko Polşada mətbuat konfransı zamanı maraqlı açıqlamalar verib.
 
"İslamı terrorçuluqla eyniləşdirmək düzgün deyil. İslam zorakılıq demək deyil. Hər dinin içində radikal cərəyanlar var. Xristianlıqda da həmçinin. Mən İslam zorakılığı barədə danışsam gərək Xristian aləmindəki zorakılıqlardan da danışam. Hər gün İtaliyada törədilən cinayətlər barədə xəbərlər oxuyuram. Kimsə sevgilisini öldürür, kimsə qaynanasını və onların hamısı xaç suyu çəkilmiş katoliklərdir. İnsan dili ilə bıçaqdan daha çox zərbə vura bilər. Avropa özünə nəzər salsın. Terrorçuluq pulun hökmdarlıq etdiyi yerdə böyüyür. Bir çox avropalı gənc heç bir idealı olmadan boşu-boşuna yaşayır, işsizdir, narkotik və spirtli içki aludəçisidir. Avropa özü gəncləri terrorçuluğa itələyir", -deyə Papa bildirib.
 
 

Şərhlər

Çox oxunanlar