Binəli Yıldırımın otağına Azərbaycan bayrağı asıldı
02.08.2016 17:56 Siyasi reaksiya 1113
Türkiyənin "Doğan” xəbər agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ali Kan 15 iyul dövlət çevrilişi zamanı baş nazir Binəli Yıldırımın Türkiyə parlamentindəki bombalanan otağına Azərbaycan bayrağını asıb.
Jurnalist Ali Kan baş nazirin otağına Azərbaycan və Türkiyə bayrağını yanaşı asaraq, həmrəylik nümayiş etdirib.
Daha sonra Ali Kan qeyd edib ki, iki qardaş ölkənin bayrağını qardaşlıq rəmzi kimi asılıb: "Bura, qiyama cəhd edilən gecə baş nazir Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisində (TBMM) bombalanan otağıdır. Azərbaycan bayrağını da burada dalğalandırdım. Çünki bizim bizdən başqa dostumuz yoxdur”.(Publika.az)
Şərhlər