Serj Sarkisyana gözlənilməz zərbə
02.08.2016 22:33 Siyasi reaksiya 1154
Parislilər ayaqlarını Sarkisyanın fotosuna silirlər
Virtualaz.org bildirir ki, fəallar yerdə Ermənistan prezidentinin şəkillərindən ibarət dairə düzəldiblər və onların üstü ilə gəzərək ayaqlarını Sarkisyanın sifətinə silirlər.
Başqa sözlə, Fransadakı erməni diasporu Yerevanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa qarşı Sarkisyan rejiminin güc tətbiqi ilə müşayiət olunan əməliyyatına etirazlarını bu formada bildiriblər.
Xatırladaq ki, Yerevanda vəziyyət yarım ay bundan əvvəl gərginləşmişdi. Belə ki, radikal müxalifətçi, “Şuşa” batalyonun komandiri olmuş Jirayr Seilyanın tərəfdarları iyulun 17-də Yerevanda polis polkuna hücum etmiş və binanı ələ keçirmişdilər. Yaraqlılar Sefilyanın azadlığa buraxılmasını, Sərkisyanın istefasını, Qarabağda ərazilərin qaytarılmasının istisna edilməsini tələb edirdilər 9Yeri gəlmişkən, Sefilyan aprel döyüşlərindən sonra Ermənistanda silah yolu ilə hakimiyyəti devirmək cəhdində ittiham olunaraq həbs edilib).
Qiyamçılar iki həftə polis alayını öz əllərində saxladılar. Ermənistanın demək olar, hər yerindən əhali onların müdafiəsinə qalxdı. Amma iki həftədən sora onlar silahları yerə qoymaq və təslim olmaq qərarına gəldilər.
Şərhlər