Türkiyə Ermənistanla barışır, sərhədlərin açılması Bakı ilə müzakirə edilib

03.08.2016 00:23     Siyasi reaksiya     1226

Mövlud Çavuşoğlunun Bakı səfərinin gizlinləri…

Rusiya və Ermənistan mediası Türkiyənin “Hürriyyət” qəzetinə istinadən sensasioan sayıla biləcək məqalə dərc edib. Cebhe.info xəbər verir ki, məqalənin müəllifi Fatih Çəkirgə son dövrlər Türkiyədə dövlət çevrilişinə cəhdin və ardınca Ermənistanda silahlı qrupun qiyamının Dağlıq Qarabağ problem ilə bağlı olmasına dair iddia ilə çıxış edib. Məqalədə qeyd edilir ki, iyulun 17-də “Sasna Tsrer” silahlı qrupunun İrəvandakı polis alayının post- patrul xidmətinə məxsus binasını ələ keçirməsi fonunda cərəyan edən hadisələr Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətindəki yeni prosesləri kölgədə qoydu. Türkiyə mətbuatında Türkiyə rəhbərliyinin Ermənistanla barışmaq və sərhdələri açmaq üçün yeni proses başlatdığına dair şayiələr yayılıb. “Hürriyyət” qəzetinin şərhçisi Fatih Çəkirgə Türkiyə hakimiyyətinin Ermənistanla münasibətlərin bərpası və normallaşdırması prosesini müzakirə etdiyini yazıb. Onun sözlərinə görə, iyulun 14-15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfəri zamanı Ermənistanla barışığın əldə olunması və sərhədlərin açılmasına Azərbaycanın mövqeyini öyrənməyə çalışıb. Rusiyanın inosmi.ru və Ermənistanın past.am saytları yazır ki, Fatih Çəkirgə həmin səfər zamanı şəxsən M.Çavuşoğlunu müşayiət edib. Rusiya ilə əlaqələrin qaydaya salınmasını şərh edən Türkiyə XİN rəhbəri deyib: “Siz görürsünüz ki, biz sülh naminə yenə hər şey edirik. Tezliklə siz daha şad xəbərlər eşidəcəksiniz”.

Çəkirgə xarici işlər nazirinin nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək istəsə də Çavuşoğlu bunu cavablandırmaqdan imtina edib: “Yalnız hakimiyyətdəki öz diplomat dostlarımdan mən öyrənə bildim ki, düşmınlərinin sayını azaltmağa və dostlarının sayını artırmağa çalışırlar. Burada hətta Ermənistanla sərhədlərin açılması planı da var. Mövlud Çavuşoğlu bu istiqamətdə ilk addımını iyulun 14-15-də Bakıya səfəri zamanı atıb. Nazir Ankaranın Ermənistanla barışmasına Bakının reaksiyasını yoxlayıb. Bu məsələdə artıq müsbət ab-hava və irəli hərəkət etmək üçün əsas var”,- deyə “Hürriyyət”in şərhçisi yazıb.

Müəllif onu da yazır ki, Türkiyə ilə Ermənistanın danışıqları və Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində aparılır: “Yalnız Ankara İrəvanla danışıqlara başlamaq üçün Bakı ilə məsləhətləşmələr aparan zaman Türkiyədədaxili düşmənlər demokratiya ilə müharibəni genişləndirdilər”,-Fatih Çəkirgə dövlət çevrilişinə cəhdi nəzərdə tutaraq belə qeyd edir. Onun sözlərinə görə, hərbi çevriliş cəhdi hökumətin Rusiya və digər qonşu dövlətlərlə əlaqələr qurmaq cəhdinə qarşı hazırlanmış cavab idi.

Sonra Türkiyənin xarici işlər naziri şəxsən özü “Habertürk” telekanalına müsahibəsində deyib ki, Ermənistanla münasibətlərin normallaşması Türkiyədə hərbi çevriliş cəhdi qədər Bakıda müzakirə edilib. Eyni zamanda, Çavuşoğlu bildirib ki, bu məsələdə Ermənistanla məsləhətləşmələr aparılmayıb. Ancaq müxtəlif beynəlxalq görüşlərdə o, erməni həmkarı ilə bu barədə söhbətlər edib. Çavuşoğlu onu da əlavə edib ki, Ankara Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir və Bakının təklif etdiyi hər bir nizamlanma variantını bəyənir. “Mənim Azərbaycana sonuncu səfərim zamanı biz qardaş ölkənin bütün təkliflərinin dəstəklənməsini və lazım olan birgə addımların atılmasını müzakirə etdik”,-M.Çavuşoğlu belə deyib.

Bir fakt diqqəti cəlb edir. Hərbi çevriliş cəhdinə yaxın ATƏT-in Minsk Qrupunun həmsədrləri Ankaraya gəlib Türkiyə rəhbərliyi ilə Qarabağ münaqişəsini müzakirə edəcəklərini bəyan etmişdilər. Ancaq çevriliş cəhdindən sonra bu səfər təxirə salındı. Qeyd edək ki, Türkiyə danışıqlar formatına daxil olmasa da onun iştirakı ilə münaqişənin həlli ətrafında daha fəal tədbirlər başlanıb.

“Ankarada və Bakıda Qarabağ münaqişəsinin Azərbaycana variantına uyğun həlli, Ermənistanla Türkiyənin münasibətlərinin nizama salınması barədə danışılanda dərhal hərbi qiyamlar baş qaldırır”, -deyən analitik yazır ki, bu proseslərin üst-üstə düşməsi ilə Dağlıq Qarabağ probleminin nizamlanması prosesi hazırda dayanıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar