Obama: "Türk xalqı qiyamçılara yaxşı dərs verdi"
07.08.2016 16:32 Siyasi reaksiya 1133
Bu iş barədə ciddi düşünürük. Fətullah Gülənin ekstradisiyası üçün lazımi sübutlar olmalıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama deyib.
“Bu, Türkiyədə ilk çevriliş cəhdi deyil. Türk xalqı qiyamçılara yaxşı dərs verdi. Cəmiyyətin bütün təbəqələri çevrilişə qarşı çıxdı. ABŞ qiyama qarşı mövqe sərgiləyərək ən yaxın müttəfiqi Türkiyənin yanında yer aldı. Lazımi sübutlardan sonra Gülənin ekstradisiya məsələsinə baxılacaq”, - Obama bildirib.
Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası üçün Türkiyədən ABŞ-a 85 qutu sənəd göndərilib.
Şərhlər