Türkiyə-Ermənistan sərhədləri açılır - Paris gəlişməsi
08.08.2016 13:24 Siyasi reaksiya 1106
Türkiyə-Ermənistan sərhədlərinin açılması zaman-zaman gündəmə gəlib
Bu aktual mövzu barədə müxtəlif şərhlər, versiyalar səslənib, ikitərəfli rəsmi açıqlamalar verilib, rəsmi Ankara tərəfindən Azərbaycanı rahat edən bəyanatlar ünvanlanıb.
Türkiyə prezidenti Tayyib Ərdoğan baş nazir olduğu dövrdə də açıq şəkildə qeyd edib ki, Ermənistanla sərhədlərin açılması Dağlıq Qarabağın azad edilməsinfən keçir. Ərdoğan bu açıqlama ilə həm Türkiyədə, həm Bakıda olarkən çıxış edib.
Politika.Az xəbər verir ki, bir neçə il qabaq Sürix protokollarının imzalanması zamanı Ermənistanla sərhədlərin açılması gündəmdə idi. Az qala Əhməd Davudoğlu xarici işlər naziri vəzfəsində olarkən bu məsələ artıq Ermənistanın xeyrinə həll olunurdu. Ancaq Azərbaycan rəsmilərinin və ictimaiyyətinin qınağı nəticəsində Ankara geri çəkildi. Hazırda bu məsələ yenidən aktuallığını qazanıb.
Bəzi ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara Türkiyənin də qoşulması İrəvanla sərhədlərin açılmasını müzakirə predmetinə çevirə bilər. Rusiya və ABŞ-la bərabər Türkiyənin də danışıqlar prosesinə aktiv qoşulması ehtimal yaradır ki, rəsmi Ankara Qarabağın həllindən sonra Ermənistana qapılarını aça bilər.
Belə olacağı halda Ermənistan iqtisadi blokadadan qurtulur ki, bu da mühüm deyil. Çünki Azərbaycanı işğal edilmiş ərazilərini geri almaq maraqlandırır.
Türkiyənin danışıqlar prosesində iştirakı, Rusiyanın da münaqişənin həllində həvəli görünməsi, ABŞ-ın da status-kvonu dəyişmək istəklərindən çıxan nəticə ondan ibarətdir ki, bu üçbucaqda hər kəs tortdan öz payını götürəcək.
Hələlik prezidentlərin Paris görüşü var və mərhələli çərçivə sazişinin bağlanacağı güman edilir. Bundan sonra predmetli müzakirələr mümkündür. Eyni zamanda Paris görüşü prezidentlərin növbəti görüşü üçün yeni bir situasiyaya yola açmış olacaq.
Politika.Az xəbər verir ki, Paris görüşündən sonra Madrid prinsiplərinin gündəmə gələcəyi istisna edilmir. Məlum olduğu kimi Madrid pinsipləri 5+2 rayonun Azərbaycana qaytarılması, Laçının dəhlizinin açılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutur.
Əslində, Bakıya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planı da Madrid prinsiplərində cidid şəkildə fərlqənmir. Bir qədər yenilənmiş “Lavrov planı”nda işğal edilmiş 5 rayonun Azərbaycana qaytarılması təklif olunur.
Ermənistanın hazırkı vəziyyətdə buna hansı şərtlər daxilində razılıq verəcəyi açıqlanmır. Üstəlik, ölkdə iki həftə davam edən silahlı qiyamın yatırılması, xalq hərəkatının isə davam etməsi Sərkisyan hökumətinin başını daxili siyasətə qarışdırıb.
Eyni zamanda Serj daxildəki hadisələrdən vaxt udaraq danışıqlar prosesini uzatmaq niyyətindədir. Çünki bu dəfəki danışıqlarda iştirak edən üç ölkə münaqişənin həlli üçün artıq status-kvonun dəyişməsini tələb edirlər. Bu dəyişiklik isə heç bir halda Ermənistanın maraqlarına cavab vermir.
Şərhlər