İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

08.08.2016 23:17     Siyasi reaksiya     1065

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 8-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar