Azərbaycanın xarici siyasətində kəskin qərarlar verəcəyini düşünmürəm - YANAŞMA

13.07.2015 18:58     Siyasi reaksiya     2473

Bunu “125-lər” Siyasi Klubunun sədr müavini Günel Səfərova müxbirimizin ŞƏT - ə üzv olmaq Azərbaycana nə verəcək? Sosial - iqtisadi aspektden baxası olsaq Azərbaycanın gedəcəyi yer hara olmalidir? – sualını cavablandırarkən bildirib. O, qeyd edib ki,ümumiyyətlə, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı iqdisadi baxımdan əlverişli ola bilər: “Xüsusi ilə qeyri-neft sektorunun inkişafında bu münsibətlər öz sözünü deyə bilər. Sözsüz ki, Rusiyanın bu qurumda təmsil olunması siyasi baxımdan suallar yarada bilər. Üzvlük məsələsindən daha çox əməkdaşlıq məsələsi real görünür. Azərbaycan üçün keçmiş MDB ölkələri ilə iqtisadi əməkdaşlıq lazımdır. Siyasi baxımdan isə Azərbaycan Avropa Şurasının üzvüdür və düşünürəm ki, hakimiyyət Avropa institutları ilə əməkdaşlığa daha çox meyillidir.Hal-hazırda Azərbaycanın xarici siyasətində kəskin qərarlar verəcəyini düşünmürəm.
 

Şərhlər