Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. - FOTOLAR
11.08.2016 18:25 Siyasi reaksiya 2074
Millət vəkili Q.Paşayeva Misir Mədəniyyət Mərkəzi ilə görüşdə bu ölkə ilə bağlı yaxın günlərdə kitabının oxucuların ixtiyarına veriləcəyini deyib.
Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasının Azərbaycandakı
səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Misir Mədəniyyət və
Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağa mərkəzin yaranma
tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq
münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs
edib.Dəfələrlə Misirdə səfərdə olduğunu deyən Azərbaycan-Misir
Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Misirlə Azərbaycan
arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndiyini vurğulayaraq, o
cümlədən mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün
lazımi səylər göstərilməsinin vacib olduğunu, Misir və Azərbaycan əlaqələrindən
bəhs edən müştərək tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürüb. Millət vəkili
Q.Paşayeva Misirlə bağlı yazdığı “Qənirə Paşayeva ilə addım-addım Misir”
kitabını başa çatdırdığını və sentyabr ayında oxucuların ixtiyarına veriləcəyini
deyib. Millət vəkili Q. Paşayevanın Misirlə bağlı kitab yazmasını yüksək
qiymətləndirdiklərini deyən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin
müdiri Əhməd Sami Elaydi millət vəkilinə təşəkkürünü bildirib və kitabın
Azərbaycan oxucuları üçün maraqlı olacağına inandığını deyib. Misir Mədəniyyət
və Təhsil Əlaqələri Mərkəzinin işi ilə tanış olan millət vəkili Q. Paşayeva
məmnunluğunu ifadə edib.
Şərhlər