Şoyqu Bakıdan Ermənistana getdi

15.08.2016 23:12     Siyasi reaksiya     1013

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ermənistanda işgüzar səfərdədir.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edəcək.
 
O həmçinin, Ermənistan Müdafiə naziri Seyran Ohanyanla da görüşəcək.
 
Xatırladaq ki, Sergey Şoyqu bu gün Bakıda rəsmi səfərdə olub və Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşüb.
 
 

Şərhlər

Çox oxunanlar