Azərbaycan prezidenti indoneziyalı və qabonlu həmkarlarını təbrik edib
16.08.2016 21:33 Siyasi reaksiya 943
Azərbaycan prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
İ. Əliyev həmçinin Qabon prezidenti Ali Bonqo Ondimbanı təbrik edib: “Hörmətli cənab prezident, Qabon Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qabon xalqına sülh və tərəqqi arzulayıram”.
Şərhlər