Hibrit müharibələr və Yaxın Şərq

14.07.2015 18:44     Siyasi reaksiya     2715

Hibrit müharibələrinin; dövlət nüfuzunun zəiflədiyi, radikal qrupların öz ideologiyası və strategiyasına uyğun hakimiyyət sahəsi axtarışında olduğu bölgə və dövlətlərdə tətbiq sahəsi tapdığı müşahidə edilir. Yaxın Şərq bölgəsi həm siyasi coğrafiyası, həm də sahib olduğu fərqli etnik kimliklərinə görə hibrit müharibələr üçün əhəmiyyətli bir laboratoriya sayıla bilər. Yaxın Şərq bölgəsində Qərb mərkəzli müasir dövlət sistemi anlayışı ciddi təsir oyandırıb. Qərbin mənimsədiyi rəhbərlik və idarəetmə anlayışı bölgəyə ixrac edilməyə çalışılır. Siyasi coğrafiyanın Qərb tipində suverenlik anlayışına görə sərhədlərin yenidən müəyyən edilməsi, ictimai strukturların iç-içə keçməsinə və dəyişik etnik kimliklərin ortaya çıxmasına səbəb olduğu açıq – aşkar görülür. Sosial strukturları görməməzlikdən gələrək çəkilən sərhədlər, illər keçdikcə bu strukturlar arasındakı fərqlilikləri qarşıdurma səbəbi kimi ortaya çıxarır, qlobal və regional güclər bu vəziyyətdən kifayət qədər istifadə edirlər.Məzhəb və etnik ayrıseçkiliklər bölgə daxilində qarşıdurma meyllərini gücləndirib. Region üzərində təsir dairəsi yaratmaq istəyən güclər strategiyalarını düşmən hədəfləri ilə birbaşa qarşı-qarşıya gəlmək yerinə, onsuz da balanssız bir şəkildə parçalanmış və qarşıdurma meyllərinin güclü olduğu ictimai formasiyanın məhsulları olduğu zənn edilən terrorist qrupları öz məqsədləri üçün istifadə ediblər. Məzhəb və etnik ayrıseçkilikləri nəticəsində ortaya çıxan radikal qruplar qərbdən idarə olunan müasir dövlət sisteminə görə çəkilmiş sərhədlərə uyğun formalaşdırılıblar.

Yaxın Şərq bölgəsinin bu özəlliyi hibrit ünsürlərin çox ölçülü olaraq həyatda qalmasına imkan verilərək dövlətdən kənar qüvvələrin effektiv bir alət kimi ön plana çıxmasına səbəb olmuşdur. Dövlətdən kənar aktorlar kimi ön plana çıxan terrorist qruplar və onların bağlantıları müasir dövlətlərin təhlükəsizlik boşluqlarına uyğun bir şəkildə özlərini formalaşdırıb hədəflərinə çatmağı qarşılarına məqsəd qoymuşdular. 2006-ci ildə Hizbullah və İsrail arasında gedən döyüşlər hibrit təhdid müzakirələrinin daha tez - tez gündəmə gəlməsində əhəmiyyətli rol oynamışdır. Bu döyüşlər Yaxın Şərq bölgəsində hibrit döyüşlər məsələsini ön plana çıxardı.

Əslində, Hizbullah və İsrail arasındakı döyüşlər şərti hərbi mövqelərin tək başına təhdidləri yox etməkdə yetərli olmadığını göstərdi. İsrail baxımından baxdığımız zaman ortaq bir siyasi hədəf istiqamətində qeyri-dəqiq hərəkət edə bilən hücrə strukturlara sahib bir terror təşkilatına yeni müdafiə üsulları inkişaf etdirmək olduqca çətinmiş kimi görünürdü. Buna əlavə olaraq, son dərəcə qabiliyyətli və sahənin coğrafiyasına bələd olan döyüşçülər irəli texnologiya məhsulu silahlardan istifadə edərək İsrailin müdafiə kanallarını zorlamışdılar. İsrail əlindəki güclü kəşfiyyat və hərbi gücünə baxmayaraq, quru qoşunlarının müdafiə strategiyasında Hizbullahın üstünlüyünü qəbul etməkdədir. Hətta İsrailli hərbi rəsmilərdən birisi kapitan Hanoch Daub çıxışlarının birində Hizbullahın nizamlı bir ordu tərəfindən təlimləndirilmiş partizan döyüşçüləri olduğunu irəli sürmüşdü.

Hibrit müharibədə şərti olan güclər ilə olmayanlar, döyüşçülər və vətəndaşlar, silahlı hücum, fiziki ziyan vurmaq və məlumat manipulyasiya bir-birinin içindədir. Hizbullah Rusiya istehsalı RPG-29, AT-13 Metis, AT-14 Kornet kimi zirehli tank əleyhinə raketləri ilə İsrail silahlı qüvvələrini sürpriz bir şəkildə çətin vəziyyətə salmışdı. Hizbullah İran istehsalı Mirsad-1 və Ebabil-3 İnsansız qırıcı təyyarələrindən istifadə etməklə yanaşı, eyni zamanda İsrail Silahlı qüvvələrinin istifadə etdiyi radio ötürücü dalğalarına sızaraq kəşfiyyat toplamağı da bacarırdılar. Hizbullah qüvvələri bundan başqa vətəndaşların sıxlıq təşki etdiyi əraziləri hədəf seçərək ictimai psixologiyaya təbliğat vasitələriylə təsir edib hədəfini reallaşdırmağa çalışmışdı. Göründüyü üzrə şərti hərbi güc vahidləri ilə yanaşı ictimai psixologiya əsasında inkişaf strategiyaları müharibənin başqa bir formatı kimi dəyərləndirilir ki, belə hallar İsraili və ABŞ-ı 2006 – cı ildəki praktikasından sonra hibrit döyüş strategiyaları ilə bağlı daha ciddi düşünməyə və yeni formatlar yaratmağa məcbur etmişdi.

Yaxın Şərq bölgəsinin Qərbdən idarə olunan suverenlik anlayışı sərhədlərinin müəyyənləşdirilməsi və ictimai formasiyanın son dərəcə döyüşkən bir sistemə sahib olması eyni zamanda etnik problemləri də özü ilə gətirdi. Belə olan halda hibrit döyüş məsələsinin məhz Yaxın Şərq bölgəsində daha çox dilə gətirilməsinin səbəbi olduqca açıqdır. İŞİD, PYD, PKK və Əl-Qaidə kimi terror təşkilatları nüfuz boşluğunda özlərinə mövqe qazandılar. Sərhədlərin mənasız hala gəldiyi İraq və Suriyada bu təşkilatların təsir sahələrini genişləndirmələri hibrit döyüşlərdə hədəfdə olan dövlətlərə müdafiə sistemlərini çox ölçülü və dəqiq qurmağı diktə edir. Bu baxımdan böhran bölgələrinə yaxınlığı olan ya da ölkə içi qarşıdurma ünsürlərinə sahib olan dövlətlərin tam şərti hərbi reputasiyadan kənar çoxtərəfli

Strategiyalar inkişaf etdirməsi artıq bir tələbdir. Indki halda Türkiyə ölkə içində PKK, sərhədində İŞİD və PYD kimi radikal terror təşkilatları ilə mübarizə apararkən hibrit döyüş elementləri ilə mübarizəyə nə qədər hazır olması olduqca əhəmiyyətlidir. Növbəti yazıda hibrit döyüşlər və Türkiyə məsələsini araşdıracağıq.

 

Tərcümə: M.Savaş

Şərhlər

Çox oxunanlar