Millət vəkili Q.Paşayeva TÜRK PA və Türk Akademiyası rəhbərliyi ilə Qarabağdan danışıb. - FOTOLAR

24.08.2016 11:03     Siyasi reaksiya     1270

Millət vəkili Qənirə Paşayeva TÜRK PA Baş Katibi Jandos Asanov ilə görüşündə
 
bildirib ki,bu gün Türk dövlət və toplumları arasında qarşılıqlı əməkdaşlıq və
 
dəstəyin artmasına böyük ehtiyac var.  Birliyimiz gücümüzü daha da artırar və buna
 
hamımızın ciddi ehtiyacı var deyən millət vəkili Q. Paşayeva Ermənistanın
 
işğalçılıq siyasəti, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında qardaş
 
dövlət və toplumların səylərini daha da artırmasının vacibliyindən danışıb.  Millət
 
vəkili Q. Paşayeva Türk Akademiyasının rəhbərliyi ilə görüşündə isə ortaq türk
 
tarixi dərsliklərinin türk dövlət və toplumlarında geniş yayılmasını vacibliyindən
 
danışıb. “Türkdilli ölkələrinin ortaq tarix dərsliklərinin tədris edilməsinin böyük
 
əhəmiyyəti var. Gələcək nəsillərin dildə, fikirdə, işdə birlik modeli ətrafında biri-
 
birinə daha çox sahib çıxması, dəstək göstərməsi və güclənməsi bundan keçir.”
 
“Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalı və bütün türk
 
dünyasında tədris olunmalıdır”.Q. Paşayeva həmçinin türkdilli ölkələrin ortaq
 
televiziya proqramlarının yayımının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb:
 
“Belə olarsa türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu
 
sahədə inteqrasiya sürətlənər”. Millət vəkili Q.Paşayevanın Qırğızıstanın sabiq
 
Mədəniyyət naziri Altınbek Maksutov və Buryatiya  Türklərinin ictimai xadimləri
 
ilə də görüşdə Qarabağ həqiqətlərindən, qondarma erməni soyqırımı yalanlarından
 
geniş danışıb. Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları,
 
həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar
 
 Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib.  Biz
 
Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan
 
torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin
 
ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad
 
etməliyik deyən millət vəkili Q.Paşayeva xalqımızın bu istiqamətdə qardaş dövlət
 
və toplumlardan daha çox dəstək gözlədiyini deyib. Millət vəkili bütün görüşlərdə
 
Azərbaycan həqiqətləri ilə bağlı materialları qardaş dövlət və toplum rəsmilərinə,
 
təşkilat rəhbərlərinə təqdim edib.
 
 

Şərhlər

Çox oxunanlar