Azərbaycan prezidenti moldovalı həmkarını təbrik etdi
26.08.2016 20:52 Siyasi reaksiya 967
Azərbaycan prezidenti İlham Əliyev Moldova Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu göndərib.
Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."
Şərhlər