Referendumla bağlı bir sıra prosedurlar bu gün başa çatır

27.08.2016 11:36     Siyasi reaksiya     901

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refenduma hazırlıqla əlaqədar bir neçə mərhələ bu gün başa çatır.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermə günü xarici dövlətlərdə olan və konsulluqlarda qeydiyyata düşmüş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti avqustun 27-də başa çatır.

Avqustun 27-də referendum aktı layihəsinin çap edilməsi və yayılmasının təmin edilməsi, seçki məntəqələrinin ərazisində referendum qabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti də başa çatır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar