Yunanıstan böhranı və Avropa İttifaqı layihəsi - ANALİZ

16.07.2015 09:46     Siyasi reaksiya     2937

 

 

Bəziləri Yunanıstanın avro böhranı referendum ilə Avropa İttifaqı içindən keçdiyi islahat prosesində çətinliyə salıb, ona bir çox fərqli sahədə riskləri də yükləməyə çalışırlar. Avropa layihəsi çoxlu və eynivaxtlı imtahanları uğurla dəf etməyə çalışır: Cənubdan və şərqdən Avropaya doğru gələn köçkün və qaçqın dalğaları; bu problemin təhlükəsizlik və iqtisadiyyat siyasətinə göstərdiyi mənfi təsir və daxili siyasətdə həddindən artıq uc bölgələrin bir – birində qıcıq yaratması, Londonda mühafizəkar hökumətin Aİ-dən islahat tələb etməsi və sonra bu mövzuda referendum keçirməklə bağlı qərar qəbul etməsi; Birləşmiş Krallığın Aİ-nin mərkəzindən ətrafına doğru sürüşməsi, Aİ-nin ən böyük qonşusu Rusiyanın Ukraynanı qarışdırması, enerji siyasətindəki rolu, Yaxın Şərqdəki təsiri və daxili iqtisadi çalxantılar, Yaxın Şərqdəki qarşıdurmalar, qeyri-sabitlik, terror və insanlıq dramının Aİ üzərindəki qaçınılmaz mənfi təsirləri.

Bu əhəmiyyətli problemlərə baxmayaraq, Avropanın qlobal təsir riçarxlarını çevirən bir çox sahədə müsbət irəliləyişlər də davam edir: Dünya iqtisadiyyatının əsas nüvəsini meydana gətirən ABŞ və Aİ arasındakı Transatlantik Tərəfdaşlıq (TTIP) yeni bir standartlar və iqtisadiyyat sahəsinin üfüqdə görünməsi (ABŞ Konqresi prezident Obamaya ticarəti inkişaf etdirmə səlahiyyəti verdi; Avropa Parlamenti 8 iyulda TTIP haqqında müsbət qərarlar aldı), Aİ-Çin əlaqələri ticarət, investisiya və turizm sahələrində sürətlə inkişaf edir, Cənubi Koreya, Kanada və Yaponiyadan Hindistan və Cənubi Amerikaya Aİ-nin yeni iqtisadi razılaşmaları çoxalır.

Aİ-yə namizəd ən əhəmiyyətli ölkə olan Türkiyə ilə Gömrük İttifaqının  yenilənməsi, Kipr probleminin həlli, enerji və daxili təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı və Aİ-yə tam üzvlük müzakirələrində yeni başlıqların açılması gündəmdədir. Rəqəmsal iqtisadiyyat, yenilənəbilən enerjilər və sahibkarlıq sahələrində Avropa Birliyi yeni qanunvericilik və icraat hücumları bu mövzuları özündə əks etdirir.

Avropa ittifaqının bu qədər əhəmiyyətli gündəm mövzusu olduğu halda, Yunanıstan problemi çox kiçik qala bilərdi. Lakin elə olmur. Yunanıstan iqtisadiyyatı Avrozona iqtisadiyyatlarının cəmi 2% -ni meydana gətirir. Əhali olaraq da nisbət təxminən eynidir. Aİ indiyə kimi Yunanıstana iki dəfə böyük miqdarda maliyyə dəstək (təxminən 200 milyard avro) təmin etməsinə baxmayaraq, hələ də böhranın dəhşətinin davam etməsi, Yunanıstan hökumətinin olduğu qədər Aİ-nin dəyərini də zədələyir.

Hər kəsin bir-birini ittiham etdiyi bu sonsuz boşluqda yunan hökuməti Aİ - ni "insafsızlıqda", bəzi iqtisadçılar "kəmər sıxma siyasətlərini böhranı dərinləşdirməkdə", Alman hökuməti Yunanıstan hökumətini "məsuliyyətsizlik və qarşılıqlı razılığa gəlməməkdə", Aİ vətəndaşları ödədikləri vergilərin maliyyə xilasetmə paketlərinə getməsinə görə hökumətlərini "hüquqlarını pozmamaqda", Aİ hökumətləri isə Yunanıstan hökumətini "saxtakarlıqda" günahlandırır. Avropa Sosialist və Demokratlar Partiyası PES də, həll variantının tapılmasından başqa, artıq təkcə  maliyyə mərkəzli böyümə siyasətinin təsirinin olmadığını da vurğulayırlar.

Uzandıqca uzanan Yunanıstan müzakirələrində böhrana düşən Aİ üzvü ölkələrin liderləri "Avrozonasının və Aİ-nin görüşülüb həll edilməyi gözləyən daha bir çox başqa problemi var" – cümləsinin tez - tez xatırladırlar. Bolqarıstan Baş naziri, "Bizdə və bir çox ölkədə maaşlar Yunanıstanın üçdə biri səviyyəsindədir, gəlin şişirtməyək, islahatlar aparılmalıdır" - deyir. Digər tərəfdən Yunanıstan hökumətinin Aİ şübhəçiliyinə qarşı populistcəsinə etiraz etmısi, türklər kimi sui-qəsd nəzəriyyələrini sevən yunan xalqı üzərində də təsiri açıq – aşkar görünür. Avropa xalqları arasında etibarsızlıq və nifaqın başlaması ciddi bir təhlükə kimi qeyd olunur.

Bu etibarsızlıq mühitinin yaradacağı zəncirvari qtisadi böhranlar və Aİ-nin siyasi aktor kimi zəifləməsi əndişələri sürətlə artır. Təzyiqin onsuz da yüksək olduğu beynəlxalq mühitdə, bir çox mövzuya istiqamətli ortaq xarici siyasət mövqe müəəynləşdirmə baxımından problemlər ortaya çıxa bilər. Aİ ölkələrinin ictimai yaddaşında, qədim Yunan sivilizasiyanın tarixi mənşəyi olaraq kodlanmışdır. Bu böhran ilə isə yeni kodlar yazılır.

 

 

Şərhlər

Çox oxunanlar