Suriya müxalifəti və qarşı tərəf - Baxış bucağı

16.07.2015 15:26     Siyasi reaksiya     2699

1916-cı ildə imzalanan Sykes-Picot müqaviləsi və bundan dörd il sonra reallaşan San Remo konfransı ilə Qərb xəttkeşlə  çəkdikləri sərhədlər içində kukla rəhbərlər yaradaraq Osmanlı torpaqlarını aralarında paylaşdılar, konfransa müdaxilə edən ABŞ da öz mənafelərini və tələblərini diktə etdi. Mən məhz bu cəbhəyə "qarşı tərəf" deyirəm. Qarşı tərəf Yaxın Şərqdə qurduqları bu sistemin pozulmaması üçün hər şeyi edir və etməyə də hazırdır.

Bu demokratiya və insan hüquqları həvariləri (istismarçıları) Suriyada ata və oğul Əsədlər hakimiyyətdə ikən pozulan insan hüquqları və itkin düşən demokratiya ilə bağlı heç nə demirdiklər; çünki bu və bənzəri digər rəhbərlər onların mənfəətlərinə toxunmur, hədəflərinə etiraz etmirdilər. Ərəb baharı və bu mənada Suriya inqilabları başlayan kimi işlər dəyişdi, bu inqilablar uğur qazansaydı zalım qarşı tərəfin mənafeləri ciddi bir şəkildə ziyan dəyəcək, "müqəddəs" müqavilələr isə ortadan qaldırılacaqdı. Dərhal inqilabın uşağını beşiyində doğulmadan boğmaq üçün hərəkətə keçdilər və hərəkat bu gün də davam edir.

Haqq və azadlıq axtaran, ziyan çəkən və məzlum xalqın hərəkatını çox bilmişcəsinə dayanmadan tənqid edənlər bircə bu suala cavab vermirlər: "Bu zülm, bu qəsbkarlıq, bu örtülü müstəmləkəçilik əbədi davam etsin, xalqlar həmişə boyun əysinlər, qısa və ya uzun müddət üçün siz nə təklif edirsiniz? Çıxış yolunu nədə görürsünüz? "

Bu sətirləri əsl məqsədim olan aşağıdakı yazıya müqəddimə kimi yazdım. Məqsədim Suriya müxalifəti haqqındakı ümumi dəyərləndirmələrin səhv olduğuna diqqət çəkmək və Qərbin təbliğatına aldanmamağı sizlərə məsləhət görməkdir.

Suriyada üç əsas müqavimət platforması mövcuddur: Suriya İslam Cəbhəsi, Suriya İslami Xilaskarlar Cəbhəsi və Azad Suriya Ordusu. Suriya İslam Cəbhəsinin ən böyük komponenti isə  Əhrarüş-Şam İslami Hərəkatıdır. Bu hərəkat suriyalı müxaliflərin toplaşdığı təşkilatdır və yeni yaranan "Fəth Ordusu” ilə də sıx əməkdaşlıq etmişdir.

Suriya İslam Cəbhəsi kimi bilinən Əhrarüş-Şam İslami Hərəkatı 21 dekabr 2012 tarixində 11 tuqayın birləşməsi ilə qurulmuş bir cəbhədən.

Suriya İslam Cəbhəsi təkcə hərbi sahədə fəaliyyət göstərmir. Eyni zamanda dəvət, kömək və mətbuat sahələrində da işlər edir, Əsəd diktəsindən xilas olunan bölgələrdə ədalət, təhlükəsizlik və digər xidmətlər də həyata keçirirlər.

Sələf-i salehin əhli-sünnə yolunu təqib edən quruluş DeyrəzZor bölgəsində Quran-ı Kərim Təhsil Kursları açır, Hələbdəki məktəbləri ziyarət edərək dəvət işləri, mədəni tədbirlər, konfranslar, müsabiqələr təşkil edir və şagirdlərə mükafatlar verirlər.

Suriya müxalifətini topdan tərifləyənləri və ya qaralayanları insafa gətirmək üçün bu quruluşun lideri Şeyx Əbu Cabirin verdiyi bir mühsaibədən önəmli bildiyim məqamları sizlərə təqdim edirəm:

-birgə yayınladığımız bəyannamə ilə biz içində Əhrarüş-Şamın da olduğu Suriyadakı müqavimət qruplarını bir yerə cəmləşdirdik və biz Suriyada mübarizə aparan müqavimət qruplarıyla rejimi devirmək üçün birgə fəaliyyət göstərməyə davam edirik.

-Fəth Ordusu, İdlibin alınması üçün həyata keçiriləcək əməliyyatlar üçün yaradılan komitənin tam adıdır. Bu komitə də daha əvvəl bənzər hədəflərlə yaradılan komitələr kimidir. Bu komitə (Fəth Ordusu) hədəfini yerinə yetirdikdən sonra alınacaq qərara görə hərəkət edəcək.

-Əhrarüş-Şam ilə müvəqqəti hökumət arasında hər hansı bir razılaşma əldə olunmayıb. Hökümətin İdlibə daxil olması ilə bağlı qərarına gəldikdə isə düşünürük ki, buna İdlibi fəth edən, buna  görə qurbanlar verən qrupların ortaq qərar verməsi vacibdir.

-Biz nə İdlib, nə də azadlıq qazanmış başqa bir yerdə xalqımıza kömək üçün gələnlərə əsla mane olmuruq.

-Azadlığına qovuşmuş İdlib və ya başqa bir şəhəri idarə etmək isə şəhər xalqının alacağı qərarla həll olunmalıdır. Şəhər xalqı öz şəhərlərini idarə etmədə və xalqa xidmətləri təqdim etmədə başqalarından daha çox hüquqlara sahibidir.

-Nüsra Cəbhəsi ilə ola əlaqəmiz digər qruplarla olan əlaqələrimiz kimidir. Onlarla bir çox əməliyyatda bir yerəd iştirak etdik. Bizimlə birlikdə hərbi qruplar da var idi. Nüsra Cəbhəsi ilə bizim aramızda Siyasət-i Şəriyyə (Siyasət, üslub, üsul, prioritet məsələlər və s. Məsələlərdə) və əl-Qaidə ilə olan əlaqələrinə görə müəyyən düşüncə fərqlilikləri mövcuddur.

-Biz Əl-Qaidənin Suriyada xalqımıza ziyan vurduğunu düşünürük. Əsəd rejimi bunu bəhanə edərək müqavimətimizə "terror" adını qoyur.

-Azad Suriya Ordusu ilə Əsəd rejimini yıxmaq hədəfimizdə birlikdə hərəkət edirik.

-Milli Koalisiya ölkə xaricində və hökumət tərəfindən yaradılıb, ancaq fikrimcə, onlar xalqımızı təmsil etmirlər. Çünki onları xalqımız seçmədi. Bir hökümətin qanuni olması üçün mütləq xalqa müraciət etməsi və xalq tərəfindən seçilməsi lazımdır. Bu şərtlərdə xalqın seçməyinə imkan verilmirsə, meydana  çıxan hərəkata hökumet deyə bilmərik. İndi az olsun, çox olsun hər birlik hökuməti olduğunu iddia edir. Bağdadinin qruplaşmasının özlərini dövlət elan etməsi, onlara özlərini dövlət kimi təqdim etmək hüququ verirmi?

-Özlərinə İslam Dövləti və ya Xilafət deyənlər qruplar əsasən beş hissədən ibarətdir. Bu quruluşu meydana gətirənlərin bəziləri istisna olmaqla demək olar ki, eyni düşüncəyə malikdirlər. Digər bir qisminin təhlükəsizlik orqanları ilə əlaqəsi var, bəziləri mənafe güdürlər, bəziləri də xilafət sözünə aldandıqlarna göər həmin qrupda döyüşən safniyyətli və təmiz insanlardır.

-Onların arasında ir sıra təhlükəsizlik qüvvələrinin, agentlərin olduğunu da özləri açıqlayıblar. Dəfələrlə elan ediblər ki, kimliyini öyrəndikləri xarici agentləri tapıb edam ediblər.

-Onlar Xalq tərəfindən xilas olunan ərazilərə gəlib xalqı oradan çıxarıb, bəzilərini öldürdülər, bəzilərini sürgünə yolladılar və gördükləri işlərlə rejimin məmləkətdə fəsadı yaymasına səbəb oldular. Onlar bu qrupların ən mütədilinin belə səhv yolda olduğunu, mürtədlərin (dindən çıxıb kafir olan) əlamətlərinin onlarda olduğunu, müharibənin kafirlərlə mötədillər arasında getdiyini söyləyirlər

-Əhrarüş-Şam onlara görə mürtəddir və bu xüsusiyyətdə olanların canları və malları onlara görə halaldır.

-Bir çox ərazidə bizimlə döyüşdülər. Savaş ilk başlarda kiçik bölgələrdə başladı, ancaq daha sonra bir çox yerə yayıldı. Hətta hazırda Azezin şərqində onların hücumuna mane olmaq üçün ribat nöqtələri yaratmışıq.

-Biz Iki cür hərbi mövqelər seçirik özümüzə, biri rejimə qarşı, digəri də İŞİD - ə qarşı. Biz buna məcburuq. Çünki iki düşmən arasındayıq.

-Mən hazırki Suriya konstitusiyasını tanımıram. Mən bu məmləkəti idarə edəcək adamın müsəlman və sünni olmasını istəmək haqqımızın olduğunu bildirirəm. Bundan başqa bəzi mövqelərə, azlıqlardan vəzifəyə layiq və etibarlı olanların gətirilməsində heç bir maneə görmürük.

Suriya müxalifətinin hamısını bir qaba qoyan, radikalizmdə və terrorizmdə ittiham edənlər bu reportajdan iqtibasları oxuyanda bəs nə deyəcəklər? Xoşniyyətli olanlar bəlkə də düşüncələrini dəyişdirəcəklər, amma pis niyyətli olanlar isə buna da bir qulp taxaraq öz dediklərinin üstündə dayanacaqlar.

Şərhlər

Çox oxunanlar