İlham Əliyev Salyana səfərə gəlib - FOTOLAR
03.09.2016 17:10 Siyasi reaksiya 1106
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.
APA-nın məlumatına görə, dövlətimizin başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Bundan sonra ölkə başçısı Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışında iştirak edib.
Dövlətimizin başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, ardınca su xəttini işə salıb.
Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış olub.
Şərhlər