Millət vəkili Q.Paşayeva Tovuz təhsil işçiləri konfransında vacib məsələlərlə bağlı müəllimlərə çağırışlar edib - FOTOLAR

07.09.2016 19:45     Siyasi reaksiya     1183

Tovuz rayon təhsil işçilərinin konfransında iştirak edən millət vəkili Qənirə
 
Paşayeva geniş çıxış edib və bir sıra ciddi məsələlərlə bağlı müəllimlərə çağırış
 
edib. Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahir Həsənov, rayon təhsil
 
şöbəsinin  müdiri Validə Hüseynova, Təhsil nazirliyinin rəsmi nümayəndəsi
 
Əhliyət Adıgözəlov, rayonun təhsil işçiləri, məktəb direktorları, fəal müəllimlərin
 
iştirakı ilə keçirilən tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva bütün müəllimləri
 
qarşıdan gələn Yeni Dərs ili münasibəti ilə təbrik edib və onlara şərəfli peşələrində
 
uğurlar diləyib.  Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 519
 
nəfərin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə
 
Paşayeva vurğulayıb ki, biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək,
 
qürur duymaqla yanaşı orta məktəbi bitirən və sayları daha çox olan digər
 
gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik. Onların peşə təhsilinə
 
meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir
 
peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər. Bu il məzunların 26 nəfərinin ali
 
hərbi məktəb və liseylərə və hərbi tibb məktəbinə qəbul olunmasını xüsusi
 
vurğulayan millət vəkili Qənirə Paşayeva bunu yüksək qiymətləndirib və hərbi
 
kadrlar olmaq istəyən gənclərimiz fiziki hazırlıqla bərabər yüksək savadlı da
 
olmalıdır deyib. Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin
 
kəmiyyət və keyfiyyətindən artım olmasının önəmli olduğunu vurğulayan millət
 
vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili,
 
bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa,
 
öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki,
 
cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili
 
dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün
 
formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və məktəblərimiz,
 
müəllimlərimiz gənclərimiz arasında kitaba marağı artırmaq üçün daha ciddi səylər
 
göstərməlidirlər. Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini
 
vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir
 
gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı
 
öyrənməlidirlər. Millət vəkili gənclərimizin dilimizi, tarix və ədəbiyyatımızı daha
 
dərindən bilməsi üçün məktəblərimizi bu istiqamətlərə xüsusi önəm verməyə
 
çağırıb. Lazımsız verilişlər, teleseriallar, şou proqramların gəncləri kitabdan
 
uzaqlaşdırdığını deyən millət vəkili Qənirə Paşayeva gənclərin onlardan uzaq
 
durması istiqamətində müəllimlərin onlarla apardığı maarifləndirmə, doğru
 
istiqamətləndirmə işlərinə xüsusi ehtiyac olduğunu bildirib. Millət vəkili Qənirə
 
Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar
 
oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və
 
gənclərin bu zərərli vərdişlərdən uzaq durması üçün məktəb və müəllimlərin də
 
üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Millət vəkili məktəb yaşlı uşaqlar
 
arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və
 
idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə
 
çağırıb. “Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı
 
öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır
 
onu da öyrədərdi və hər dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi.
 
Bundan başqa hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman
 
meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə
 
gedərdik. İdman dərsləri isə çox ciddi keçirilərdi və bunun nəticəsində
 
oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular.  Eyni zamanda hərbi hazırlıq
 
dərsləri də hərbi biliklər verməklə bərabər bu istiqamətdə də özünün müsbət
 
təsirini göstəriridi. Məktəblərimizin rəhbərliyini, müəllimlərimizi bu məsələlərə
 
xüsusi diqqət göstərməyə çağırıram. Nə qədər məktublar alıram ailələrdən.
 
Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək
 
istəyirlər. Uşaqlarımız arasında  bu kimi halların daha da artmaması üçün
 
məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Uşaqlarımızın fiziki və
 
mənəvi  sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik.”
 
 
 

Şərhlər

Çox oxunanlar