Moskvada Qarabağ məsləhətləşmələri başlayır
08.09.2016 09:36 Siyasi reaksiya 994
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Modern.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik də olacaq.
Rusiya xarici işlər nazirinin iştirakı ilə həmsədrlərlə görüşün keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, xüsusi diqqət mayın 16-da Vyanada və iyunun 20-də Sankt Peterburqda keçirilən sammitdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə yönəldiləcək.
Bu məsləhətləşmələrin keçirilməsində məqsəd Vaşinqton, Paris və Moskvanın münaqişənin həllində səylərini koordinasiya etməkdir.
Şərhlər