Məmmədyarov Fransada Qarabağı müzakirə etdi
08.09.2016 14:13 Siyasi reaksiya 1014
Fransaya işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət naziri Harlem Desirlə görüşüb.
XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.
Nazir Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.
Şərhlər