Deputat gənclərə müraciət etdi

10.09.2016 16:56     Siyasi reaksiya     1073

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan gəncliyinə müraciət edib.
 
“Qafqazinfo” xəbər verir ki, komitə sədri Azərbaycan gəncliyinin bütün dövrlərdə dövlətçiliyin qorunmasında, ölkənin təhlükəsizlik və milli məsələlərində fəal rol oynadığına diqqət çəkib: “Bu gün Azərbaycan gənclyinin səsi dünyanın ən mötəbər tribunalarından gəlir. Dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı gənclər təhsil alır, ən mötəbər yarışlarında idmançılarımız qələbə qazanır. Belə güclü, hər zaman dövlətinin yanında olan gənclik heç şübhəsiz ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatçıdır”.
 
Komitə sədrinin müraciətində qeyd edilir ki, gənclər aprel hadisələrində Vətəninə nə qədər bağlı olduğunu sübut edib: “Müstəqillliyimizin bərpasının 25 illik dövründə vətənpərvər, milli-mənəvi dəərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bütün bunlar isə birbaşa Ümummilli lider Heydər Əliyev siyasəti və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz müstəqil Azərbaycan gəncliyi ilə qürur duyuruq”.
 
F. Muradov qeyd edib ki, bəzi qüvvələr ölkəmizin inkişafını, Azərbaycan gəncliyinin öz dövlətinə sədaqətini qəbul edə bilmir. “Xaricdə və daxildə olan belə qüvvələr müxtəlif üsullarla dövlətimizə qarşı həm gizlin, həm də açıq şəkildə fəaliyyət göstərirlər. Hətta bəzən dövlətimizi təhdid etməkdən belə çəkinmirlər. Ancaq Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz. Çünki bu dövlətin dayağı Azərbaycan xalqı və öz inamını ifadə etdiyi lideridir. Bu dövlət etibarlı əllərdədir. Dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir. Hər gün qanlar axıdılır, dinc insanlar qətlə yetirilir. Ancaq Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində bu gün ölkəmiz dünyanın ən stabil, təhlükəsiz dövlətləri sırasındadır. Bunu gəncliyimiz də yaxşı bilir, dərk edir. Əldə olunan nailiyyətləri birlikdə qorumaq hər birimizin Vətəndaşlıq borcudur. Qarşıdan Azərbaycanın həyatında çox müsbət rol oynayacaq hadisə, referendum gəlir. Tam əminəm ki, gənclərimiz hər zaman olduğu kimi bu məsələdə də öz sözünü deyəcək, xaqımıza, dövlətimizə qarşı olan çağrış sahibləri isə bir daha iflasa uğrayacaqlar".
 
 
 

Şərhlər

Çox oxunanlar