Azərbaycanın ABŞ-dakı səfiri Bakıya çağırılıb
10.09.2016 17:07 Siyasi reaksiya 996
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov məsləhətləşmələrin aparılması üçün Bakıya çağırılıb.
Bu barədə virtualaz.org-a vəziyyətlə tanış olan mənbələr bildiriblər.
Səfirin Bakıya çağırılması müddət etibarilə Azərbaycanla ABŞ arasında münasibətlərin soyuduğu dövrə təsadüf edib. Bu soyuqlaşma Ağ Evə yaxınlığı ilə tanınan “Washington Post” qəzetində tənqidi yazılardan sonra meydana gəlib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariçin və Dövlət Departamentinin keçmiş əməkdaşı D.Kremerin müəllifliyi altında dərc olunmuş yazıda faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsi təklif olunurdu.
Qeyd edək ki, virtualaz.org bu gün baş məqalə ilə çıxış edərək, rəsmi Bakını cavab tədbirləri görməyə çağırıb ki, bunların sırasında məsləhətləşmələr üçün Azərbaycan səfirinin Vaşinqtondan çağırılması da var.
Şərhlər