Millət vəkilləri qanunvericiliyi bilməlidirlər

03.06.2015 13:51     Siyasi reaksiya     1078

Qarşıdan parlament seçkiləri gəlir. Bəs, ictimaiyyət nümayəndələri millət vəkili obrazını necə görürlər. Sualla bağlı müraciət etdiyimiz "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri, "Reaksiya Ekspert Qrupu" nun rəhbəri Mehriban Zeynalova bildirib ki, builki parlament seçkilərində seçiləcək millət vəkilləri yüksək intellektə, geniş erudisiyaya və məntiq qabiliyyətinə sahib olmalıdırlar: "Ən önəmlisi isə Milli Məclis qanunverici orqan olduğundan, orda fəaliyyət göstərən millət vəkilləri qanunlardan xəbərdar olmalı, cəmiyyətdəki sosial yönümlü problemləri bilməli və cəmiyyətin həssas elektroratı ilə işləməyi bacarmalıdırlar. Belə olan təqdirdə, parlamentdə qəbul olunan qanunlar işlək mexanizmə sahib olacaq, millət vəkilləri bir - birindən maraqlı təkliflər edərək, cəmiyyətin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər".

Şərhlər

Çox oxunanlar