Obama bu gün dünyanı heyrətə saldı - 54 il sonra...

20.07.2015 12:43     Siyasi reaksiya     2405

1961-ci ildə endirilmiş Kuba bayrağı ilk dəfə qalxacaq.

"Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki, bu gün Vaşinqton və Havanada bu gün qarşılıqlı olaraq hər iki ölkənin səfirlikləri açılır. İki ölkə arasında diplomatik əlaqələrin başlamasını nəzərdə tutan razılaşmanın şərtləri bu gün qüvvəyə minib.

Bu gecə yarısından başlayaraq Vaşinqton və Havanada olan diplomatik nümayəndəliklərə səfirlik statusu verilib.Beləliklə, 1961-ci ildə bu yana ilk dəfə bu gün Ağ Evin çox yaxınında yerləşən səfirlikdə Kuba bayrağı qalxacaq. Həmçinin bu gün ABŞ xarici işlər naziri Con Kerri kubalı həmkarı Bruno Rodrigezi qəbul edəcək. İki nazir daha sonra ortaq mətbuat konfransı keçirəcək.

Havanada ABŞ ilə Kubanın əlaqələri 1959-cu ildə baş vermiş inqilabla Fidel Kastronun hakimiyyətə gəlməsindən qısa müddət sonra pozulub. 1960-cı ildə ABŞ-ın Kubaya qarşı ticarət embarqosu tətbiq etməsi 1961-ci ildə Vaşinqton ilə Havana arasında diplomatik əlaqələrin kəsilməsi ilə nəticələnib.

 Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və Kubanın Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında son 50 ildə ilk görüş aprel ayında baş tutub. Tarixi görüş Panamada ABŞ-ın dövlət katibi Con Kerri ilə Kubanın xarici işlər naziri Bruno Rodriqes arasında olub. 

Şərhlər

Çox oxunanlar