Azərbaycan prezidentinin Qırğızıstana səfəri başa çatıb

16.09.2016 22:48     Siyasi reaksiya     966

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.
 
"Report" xəbər verir ki, “Manas” Beynəlxalq Aeroportunda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Dövlət başçısını Qırğız Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.
 
 
 
 

Şərhlər