Olland Azərbaycan və Ermənistan rəhbərlərini Parisə dəvət edir

21.09.2016 12:07     Siyasi reaksiya     883

Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyev və Serj Sarkisyanı qəbul etməyə hazır olduğunu bəyan edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

F.Olland Ermənisatnın müstəqilliyi günü münasibətilə S.Srkisyana göndərdiyi məktubda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və sabit nizamlanması hədəfinə sadiqdir: "Həddindən artıq uzanan bu münaqişənin həlli üzrə tədbirlərin müzakirəsi üçün... Parisdə qəbul etməyə hazıram".

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar