MKİ Putini 90 – cı illərdə də dinləyib

21.07.2015 09:41     Siyasi reaksiya     2158

Amerika kəşfiyyatının Rusiya prezidenti Vladimir Putini hələ 1990-cı illərdə Sankt-Peterburq qubernatorunun müavini vəzifəsində çalışarkən izlədiyi ortaya çıxıb. Putin, 1992-96-ci illərdə Rusiyanın şimal şəhəri Sankt Peterburq qubernatoru Anatoli Sobçakın müavini vəzifəsində çalışıb.

İngiltərənin “Times” qəzetinin iddiasına görə Putin amerikan kəşfiyyatının diqqətini hələ 1990-cı illərdə çəkibmiş. Xəbərdə qeyd olunur ki, Putin 1990-cı illərdə Sankt-Peterburq qubernatorunun müavini ikən amerikan kəşfiyyatının maraq dairəsinə daxil olub.

Keçən həftə də “Bild” qəzeti, Amerika Milli Təhlükəsizlik İdarəsinin (MKİ) Almaniyanın keçmiş baş naziri Gerhard Schröderin telefonlarını dinləyərək Rusiya Dövlət Başçısı Vladimir Putini izləməyə çalışdığını iddia etmişdi. Qəzetə açıqlama verən etibarlı mənbəənin də bildirdiyinə görə NSA, 1998-2005 – ci illərdə baş nazir Schröderi dinləyib. Xəbərdə NSA-nın Schröderin baş nazirlikdən sonra izləməyə davam etdiyi iddia edilirdi. İddialara görə NSA Schröderin Putin ilə olan dostluğunu və Rusiyanın enerji nəhəngi “Qazprom”a aid “Nord Stream AG” prezidenti vəzifəsində çalışdığını düşünərək onu dinləməyi davam etdirib.

Iddialarla əlaqədar sualları cavablandıran Kremlin rəsmi sözçüsü Dmitri Peskov da bu məsələni xeyli vaxtdır bildiklərini demişdi.

Şərhlər

Çox oxunanlar