Prezident İlham Əliyev Mingəçevirdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub

21.09.2016 23:46     Siyasi reaksiya     1515

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub.
 
Dövlətimizin başçısı görülən işləri əks etdirən stendlərə baxdı.
 
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verdi.
 

Şərhlər

Çox oxunanlar