Generalitat vatandaş fəallığını təşviq etmək üçün Azərbaycanla əməkdaşlıq edir

22.09.2016 19:57     Siyasi reaksiya     900

Konsellin (Valensiya Muxtariyyatının hökuməti - WM) vitse-prezidenti, bərabərlik və inklüziv siyasət üzrə naziri Monika Oltra qanunların və dövlət siyasətinin planlaşdırılması və həyata keçirilməsi prosesində vətəndaşların iştirakına dair qabaqcıl təcrübə mübadiləsi məqsədilə Azərbaycanın nümayəndə heyətilə görüşüb.

Generalitatın (hökumət - WM) məlumatına görə, bu ölkə ilə əməkdaşlığın məqsədi həm də “dövlət institutlarında şəffaflığı təşviq etmək”dir.

Oltra bildirib ki, Azərbaycan “hökumətin Valensiya Muxtariyyatında korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmini məqsədilə Beynəlxalq Şəffaflıq Assosiasiyası kimi qürumlarla bağladığı müqavilələrlə tanış olmaqda maraqlıdır”.

“Regionumuz dövlət institutlarında bilavasitə şəffaflığın təşviqi üzrə nazirliyin olduğu ilk muxtariyyatdır” deyən Konsellin vitse-prezidenti nümayəndə heyətinin üzvlərinə Generalitatın “GVA Oberta” saytının necə fəaliyyət göstərdiyini nümayiş etdirib.

Qeyd edək ki, bu keçmiş sovet respublikasının nümayəndə heyətinə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, “Sosial Tərəqqi” Birliyinin, “Stop Metsamor” QHT-lərin Beynəlxalq Koalisiyasının və “Ümid” İctimai Birliyinin nümayəndələri daxildir.

Görüşdə həmçinin Ədliyyə Fondunun prezidenti Xose Mariya Tomas və bu təşkilatın səfərin təşkilinə məsul olan üzvləri iştirak edib.

Görüş “ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların iştirakını təşviq etmək” məqsədilə mərkəzi hökumət tərəfindən irəli sürülmüş SEDA (2011-2016) proqramının bir hissəsidir.

Bu yaxınlarda Azərbaycanda bu sahəyə dair qanun qəbul edilib. Generalitatın vurğuladığı kimi, qanun “vətəndaşların yerli və milli ictimai institutlarda iştirakını asanlaşdırır”.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar