Ukraynalılar Poroşenkodan məmnun deyil

21.07.2015 13:05     Siyasi reaksiya     2435

Ukraynanın nüfuzlu ictimai sorğu mərkəzlərindən olan Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KİİS) tərəfindən təşkil edilən bir araşdırmada Ukrayna vətəndaşlarının yarısından çoxunun prezident Pyotr Poroşenko ilə baş nazir Arseniy Yatsenyukdan məmnun olmadığını ortaya çıxıb.

Araşdırmanın nəticələrinə görə, Ukrayna vətəndaşlarının 55,4% - i Poroşenkonun gördüyü işləri mənfi qiymətləndirib, məmnun olanların faizi 27% civarında olub. Yatsenyukdan məmnun olmayanları faizi isə 66,7% - dir. Vətəndaşların 16,8% - i baş nazirdən məmnundur.

Digər tərəfdən iyulun ortasında erkən seçkilərin baş tutması halında Poroşenkonun yenə ən çox səs toplayacağı məlum olub. Vətəndaşların 27% - i hazırki prezidenti dəstəkləyib. İkinci yerdə isə 25,6% ilə Batkivşina Partiyasının lideri Yuliya Timoşenko gəlir.

Ölkənin 110 ərazu vahidində 27 iyun-9 iyul tarixləri arasında həyata keçirlən sorğuda təxminən yaşı 18 – dən yuxarı olan 2 min 44 nəfər iştirak edib. Araşdırma Lugansk və Donetskin isə yalnız Ukrayna ordusunun nəzarətində olan bölgələrin keçirilib.

Şərhlər

Çox oxunanlar