Qəhrəman Nuri Paşanın qəbirüstü abidəsi yüksək səviyyədə abadlaşdı - FOTOLAR
23.09.2016 13:59 Siyasi reaksiya 1302
Dəyərli qardaşım Akif Aşırlı ilə birlikdə bir neçə ay əvvəl İstanbul Edirne Kapı
Şehitliyinde Nuri Paşanın qəbrini axtarmışdıq.Qəbirstanlıq görəvliləri bilmirdilər
kimdir axı axtardığımız Nuri Paşa.Yağışlı havada ayaqlarımız tamam palçıq içində
təmizlədik Nuri Paşanın kollar içərisində gizlənib qalmış balaca məzar
daşını.Üstündə sadəcə Nuri Killigil yazılmış balaca bir qəbir daşı vardı kollar
içində gizlənmiş.İkimiz də üzüntü içərisində idik. Çünki bu ona layiq bir
qəbirüstü deyildi. Bayraq qoyduq üzərinə. Uğrunda böyük əziyyətlər çəkdiyi
Türkiyə və Azərbaycan bayrağı. O zaman Akif bəylə birlikdə Türkiyə və
Azərbaycana çağırış edən bir yazı ilə çıxış etdik və Nuri Paşanın qəbirüstü
abidəsini ona layiq şəkildə düzəldilməsinə çağırdıq. Səsimizə səs verənlər oldu.
Türk Silahlı Qüvvələri reaksiya verdi yazıya. Zəng etdilər. İstanbul Böyükşehir
bələdiyyəsində Ramazan Minder bəyə isə çox təşəkkür edirik. Dəyərli qardaşımız
Mayis Alizadə və Nuri Paşa kitabının yazarı Atilla Oralla birlikdə Ramazan bəylə
görüşdük. Qısa zamanda yüsək səviyyədə düzələcək qəbirüstü abidə də, ətrafı da
dedi Ramazan bəy. Sonra qəbirüstü abidənin layihəsinə baxdıq birlikdə,
təkliflərimizi soruşdu Ramazan bəy. Biz də bəzi əlavə fikirlərimizi, təkliflərimizi
söylədik. Azərbaycan və Türkiyə bayrağı bərabər dalğalansın diləyimizə sə başqa
cür də ola bilməz cavabı verdi Ramazan bəy. Və artıq abidə açılışa hazırdır.
Türkiyə və Azərbaycan bayraqları bərabər dalğalanacaq abidədə. Akif bəylə aylar
əvvəl qəbir üstünə bayraq qoyanda bu günü arzulamışdıq. Əməyi keçən hər kəsə
təşəkkürlər. Ramazan Minder bəyə, Akif Aşırlı bəyə, Mayis bəyə, Nuri Paşa
kitabının yazarı Atilla Oral bəyə və bütün əməyi keçənlərə. Nur içində yat Nuri
Paşa. Haqqın olan qəbirüstü abidə budur və İnşallah inanırıq ki, 28 sentyabrda
keçiriləcək açılış da yüksək səviyyədə olacaq və hamımız birlikdə ruhuna dualar
oxuyub, sevgi və sayğl ilə anacağıq səni. Nur içində yat qəhrəman Nuri Paşa.
Qəbirüstü abidənin yeni fotolarını göndərən dəyərli dost Mayis Əlizadəyə
təşəkkürlər.
Şərhlər