Paris Sülh konfransının GİZLİNLƏRİ
23.09.2016 20:57 Siyasi reaksiya 3863
Atatürk Türkiyəni necə xilas etdi?
Erməni təxribatı ilə üz-üzə
Birinci Dünya Savaşından sonra qalib dövlətlər - Antanta ölkələri və ABŞ bəşəriyyətin taleyinin həlli adı altında 1919-cu ilin yanvarında Parisdə “Sülh Konfransı”na başlayır. Yanvarın 18-dən iyunun 28-ə qədər davam edən konfransın sehrli sözü “Sülh” idi və əsl məqsədi sonrakı zamanlarda gün üzünə çıxır. Baş rolda ABŞ prezdenti Vudro Vilson, İngiltərənin baş naziri Lloyd Corc və Fransanın Baş naziri C.Klemanso oynayırdı.
Müstəqilliyini yenicə qazanmış Azərbaycan Xalq Cümhuriyyəti parlamenti də konfransda iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul edir və parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olunur.
Çətinliklə də olsa, Vilsonun qəbuluna düşə bilən nümayəndə heyətimizin təklifləri qəbul olunmur və Vilson onlara heç bir ümidverici söz demir. Bundan sonra vəziyyətin heç də yaxşı olmayacağını anlayan heyət üzvləri ölkəyə qayıtmağın bir mənasının olmadığını anlayır və əbədi olaraq Azərbaycana dönmürlər.
Konfransda maşa rolunu ermənilər ifa edir, Osmanlı və Azərbaycandan gedən nümayəndə heyətlərinə qarşı hörmətsizlik, təhqiramiz hərəkətlər edir, təxribatlar törədirdilər. Belə bir çətin durumda Türkiyə nümayəndəsinin başçısı Damad Fəridin heç nə olmayıbmış kimi əvvəlki sərhədlərini istəməsi konfrans iştitakçılarının gülüşünə səbəb olur və aşağılanaraq zaldan qovulur.
Türkiyəyə və Azərbaycana qarşı aşağı münasibət erməniləri daha da ruhlandırır və onlar Türkiyənin Güneydoğu ərazisindən Anadoluya hücumlar təşkil edir, kəndlərdə qətllər törədir, qadınlara və uşaqlara zülm edirlər. Bu məqalədə beş aydan biraz çox davam edən konfransın qərarları ilə Türkiyədə yaşanan hadisələrdən və tarixi Sevr müqaviləsinə gedən yoldan bəhs edəcəyik.
“Türklər xəritədən silinməlidir” planı
Üzünə “Sülh” maskası taxan imperialist ölkələrin keçirdiyi konfrans gündəliyində iki məsələ: 1.Avstriya-Macarıstan və Almaniyanı parçalamaq: 2.Anadolunu qalib dövlətlər arasında paylaşmaq, Osmanlını tarixdən silmək, türk millətini yox etmək, Anadolunun şərqində Ermənistan dövləti, ətraf ərazilərdə isə Kürdüstan yaratmaq idi.
Konfransın ikinci günü çıxış edən Vudro Vilsonun açıq-aşkar “Türklər xəritədən silinməlidir” mesajı indiyədək tarixin gizli bucağında saxlanılıb.
Həmin toplantıda Vilsonun çəkdiyi xəritə müzakirəyə çıxarılır. Xəritədə Anadolunun şərqində Ermənistan dövlətinin qurulması işarələnmişdi. Qərara alınır ki, Anadolunun bölünməsini və paylaşımını gecikdirmək olmaz və bunun üçün Osmanlıya hücum etmək lazımdır.
Ancaq İngiltərə də, Fransa da, İtaliya da savaşda çox itkilərə məruz qalmış, yorğun düşmüşdü. Ona görə də, özləri savaşa girmək istəmirdilər. Çox düşünüb daşındıqdan, dəfələrlə toplaşıb dağıldıqdan sonra qərara alınır ki, Anadolunu işğal etmək üçün yunanlar maşa kimi istifadə edilsin. Üç ay ərzində keçirilən 102 genel toplantının 76-sı Türkiyənin imperilaist ölkələr arasında paylaşmasına həsr olunur.
Yunan ordusu və erməni silahlı birləşmələri qızışdırılır, Osmanlı Ege bölgəsinə və İzmirə sahibdir, Konistantinopolu işğal edib və sairə. Lakin onlar Anadoludan bir mil də yunanlara torpaq vermək niyyətində deyildi, yalnız onlara işğal etmək tapşırılmışdı. İngiltərə baş nazirinin konfransda yunanlara söylədiyinə diqqət edək: “Afinadan olan bir dostum mənə məktubunda yazmışdı ki, Ege də türklər rumalara işgəncə verir, yardıma gəlinməsə, bölgədəki rum kökənlilər tamamilə məhv edilə bilər”.
Sülh konfransında Anadolu torpaqları kağız üzərində olsa da, bölüşdürmüş, qalib ölkələrin əsgər və donanmaları əvvəlcədən İstanbulda idilər. İlkin anlaşmaya görə Adana fransızlara, Urfa, Qaziantəp və Maraş ingilislərə, İzmir, Ege bölgəsi italiyanlara verilmişdi, paylaşımlar davam edir, bəzən maraqlar toqquşurdu.
Hər tərəf ingilis, italyan, fransız, əsgərləri ilə dolu idi. Konfransın gündəliyində yunanların İzmirə hücumu planlanarkən İtaliyanı oyundan kənarda saxlayırlar. Çünki İtaliya güclü idi. Əgər Ege bölgəsi İtaliyanın olsa, çox keçmədən Anadolunun içərisinə, hətta İstanbula da iddia edər deyə düşünürdülər. İngiltərə baş nazirinin gözü İzmirdə idi. O, ərəb torpaqlarını, Mosul neftini də digər dövlətlərə güzəştə getmək istəmirdi. Umduğu payı almayınca İtaliya növbəti toplantını boykot edir və İngiltərənin acgözlüyü Fransanı da özündən çıxarır. Çünki Fransa da Mosul neftinə iddialı idi.
Yunan ordusu İzmirə çıxarıldı
Müttəfiqlər arasında narazlılıq getdikcə artsa da Sülh konfransının qərarına əsasən 15 may 1919-cu ildə yunan ordusu İzmirə çıxarıldı. Adı yunanlar olsa da, imperialist güclərin gəmiləri və əsgərləri Ege donanmasında İzmiri yerlə bir etməyə hazır vəziyyətdə idi. Yunan ordusu İzmirdə ağlagəlməz qətllər törətdi, ermənilər yunan ordusunun tərəfinə keçib kəndlərə soxularaq qətl və qarətlər törədirdilər. Çünki ABŞ prezidenti Vudro Vilsonun səbri tükənmiş, bir türk uşağın belə nəfəs almasını istəmirdi. Konfrans bitənədək yer üzündən türk irqi də bitməli idi...
Bir sözlə, İzmiri işğal etmək çətin olmadı və qısa zamanda plan başa çatdı. Lakin çox keçmədən izmirli türklər arasında təşkilatlanma-müqavimət hərəkatı başladı. Bu, Kuvayi-Milliyyə adlanırdı. Elə bu vaxt İtaliya konfransların birində ayağa qalxaraq ona vəd olunan İzmiri istəyir və paylaşımdan məmnun qalmadığını açıq-aşkar ifadə edir. İşin türklərin xeyrinə olan tərəfi, bu dəfə Fransa da ayağa qalxır və İngiltərə ilə Mosul neftini, ərəp torpaqlarının bölünməsini müzakirəyə çıxarır.
Beləcə İzmirin işğalı bir tərəfdən türklərin işinə yarayır. Mustafa Kamal Atatürk tarixi “Nitq” əsərində yazır: “İzmir işğalı olmasaydı, hər halda mücadiləmiz uzun zaman alacaqdı, İzmir keçiləcək çox uzun yolumuzu kəsədən etdi. Bu işğal ölkənin bir çox yerlərində Müdafieyi-Hüquq (haqqın müdafiəsi) adlı təşkilatların yaranmasına və ulusun dört bir yanında yayılmasına səbəb oldu”.
Mayın 15-də Bandırma gəmisi ilə Samsuna çıxan 37 yaşlı Mustafa Kamal paşa müttəfiqlərin arasında baş verən davadan istifadə etdi və Türkiyə Almaniyanın başına gətirilən faciədən qurtuldu. Belə ki, Paris “Sülh” konfransının sonuncu günü 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə “Sülh müqaviləsi” imzalandı. Müqaviləyə görə, Almaniya və müttəfiqləri müharibə təqsirkarları elan edildi və vurulan ziyana görə təzminat ödəməli oldular. Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu.
Fransa həmçinin Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı aldı. Saar kömür mədənləri 15 il müddətinə Millətlər Cəmiyyətinin nəzarətinə verildi. Bu müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi. İngitərə Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, İraqı aldı. İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi. Belçika Eyren dairəsini və Malmedi aldı, həmçinin Ruanda və Urundini, Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi. Danimarka Şlezviqin şimal hissəsinə, Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu.Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi.
Siyasi səhnəyə Mustafa Kamal çıxır
Beləcə, “Sülh” adlı konfransda Almaniya parça-parça bölünərkən Osmanlının paylaşılması 1920-ci ilin avqustuna - Sevr anlaşmasına qədər gecikdi. Qazi Mustafa Kamal dərin zəkası və uzaqgörənliyi ilə bu vaxtan yetərincə əla istifadə etdi, necə deyərlər fürsəti fövtə vermədi.
Nəticədə Almaniyanın edə bilmədiyini TBMM və Mustafa Kamal Atatürk etdi və Sevr anlaşmasını qəbul etmədi. 433 maddəlik Sevr anlaşmasını qəbul edən Osmanlı padşahı Vəhdəddin vətən xayini elan edildi. Padşah ingilis gəmisi ilə qaçarkən ailəsini ermənilərə amanət etdi.
Padşahın kürəkəni Fərid ingilislərin qızışdırılması ilə ölkədəki şəriətciləri Atatürk hərəkatına qarşı üsyana hazırlayır, ən çox dinçilərdən, şəriətçilərdən istifadə edirdi. İzmirin və İstanbulun işğalını fəlakət kimi qəbul edən Mustafa Kamal fikirdaşlarını başına toplayaraq Anadolu insanını imperializmə qarşı üsyana çağırıdı.
“Demokratiyanın beşiyi” imperialist ölkələr etiraz mitinqlərində Türkiyənin 60 deputatını həbs edib Maltaya sürgün edir. Yeni bir milli mücadiləyə ehtiyac olduğunu anlayan Mustafa Kamal Ankaraya gəlir və 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisini (TBMM) yaradır. İngilislərin planlarına alət olan bu dəfə yunanlar deyil, Türkiyənin içindəki düşmanlar, Səltənət hakimiyyəti idi. TBMM-ni dağıtmağa gedən yunan ordusunun önündə Damad Fərid və yaratdıqları xilafət ordusu gedirdi. İngilislərə təslim olan Sultan Vəhdəddinin qərarı ilə xilafət ordusu yaradılır. İki-üç qat artıq maaşla şirnikləndirilən xilafət ordusunun vəzifəsi başda Mustafa Kamal olmaqla Kuvayi-Milliyyə döyüşcülərini öldürmək, TBMM-ni dağıtmaq idi.
Sülh konfransının aldığı qərarlar Damat Fəridin əli ilə həyata keçirilir, Türkiyə başdan sona işğal olunmuş halda, Ermənistan dövləti qurulmaq üzrə idi. İdarəçilik ingilislərə aiddir, camilərdən ingilis, fransız bayraqları asılmışdı. Hansı ki, həmin ölkələr Paris Sülh Konfransında Damat Fəridi təhqir edərək kürsüdən düşürmüş və Parisdən çıxarmışdılar. 10 aprel 1920-ci ildə İngiltərə Damad Fəridin əli ilə İstanbul müftisi Dürrizadə Abdullaha fətva hazırlatdırır. Fətvada deyilir: “Anadoluda padişahın buyruqlarınaın əksinə olan başıpozuklar - adlar çəkilir Mustafa Kamal və tərəfdaşları - bunları öldürmək dinən caizdir. Bu fətvalar ingilis vertalyotları ilə Ankarada havadan xalqın üzərinə səpələnir.
Ardınca da İstanbulda kürd kökənli hakimin rəhbərliyi ilə məhkəmə çağrılır, Mustafa Kamal Atatürk və qəhrəman Türk zabit və əsgərlərinə məhkəmə edam qərarı kəsir. Sadrazam Damad Fərid 11 may 1920-ci ildə ingilislərə təslim olmuş sultan Vəhdəddinə bir çağırış imzalatdırır.
Bu çağırışda xalqı padşah ətrafında birləşməyə səsləyir, dediyimiz kimi padşah artıq təslim olmuşdu və artıq onun heç bir sənəd imzalamaq səlahiyyəti yox idi. Ölkəyə rəsmi nəzarət İngiltərə hökumətinə məxsus idi.
Çağırışda Kuvayi-Milliyyə hərəkatının üzvlərini, yəni vətənini düşməndən xilas etmək üçün təşkilatnan qrupları “çetelər” terror bilrikləri adlandırır, onların üzərinə ordu göndəriləcəyi bəyan edilir. Bu tarix 5 avqust 1919-cu ildə baş vermişdi. Avqustun 10-na - Sevr anlaşmasına 5 gün qalmışdı. Növbəti yazımızda Sevr və Lozan anlaşması nədir və nəticələrindən bəhs edəcəyik. Cəbhə.info
Şərhlər