ABŞ kəşfiyyatına casusluq edən azərbaycanlılar – İNANILMAZ FAKTLAR
23.09.2016 21:05 Siyasi reaksiya 1056
Dünyaya nəzarət istəyində olan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) fəaliyyət taktikasını dəyişib.
Publika.az xəbər verir ki, CİA artıq agentlərə trilyonlarla pul xərcləmək istəmir. Əvəzində, Yer kürəsinin hər bir insanı onların casusu olacaq. Bu iş həm də könüllü və pulsuzdur.
Son zamanlar “Pokemon Go” virtual oyunu xeyli populyarlaşıb.
Məlumatlara görə, bu oyun CİA-nın yeni layihəsidir. Layihənin mahiyyəti ondan ibarətdir ki, oyun aludəçiləri ABŞ kəşfiyyatını maraqlandıran obyektlərə yönləndirilir və çəkilən fotolar CİA-nın qərargahına daxil olur.
Plan belədir: oyun zamanı insana tapşırıq verilir ki, filan yerdə pokemon var və onu tutmaq lazımdır. Oyunçular işarə verilən yerə yönəlir və lazımi yerin fotosunu çəkirlər. Toplanan informasiyalar avtomatik olaraq kəşfiyyat bazasına daxil olur.
Beləliklə, insanlar könüllü şəkildə lazımi yerlərin, obyektlərin, binaların fotolarını çəkir və Amerika kəşfiyatına casusluq edirlər.
Qeyd edək ki, “Pokemon Go” oyununda həm virtual, həm də real dünyanı ehtiva edən pokemonları oturduğun yeri tərk edərək axtarıb tutmaq lazımdır. Pokemonlar xəyali varlıqlardır, “fövqəltəbii qabiliyyətləri” var. Oyun bu ilin iyul ayının əvvəlində istifadəyə verilib. Hazırda istifadəçi sayı rekord həddə yüksəlib.
Azərbaycanda da pokemon həvəskarları günü-gündən artır. Artıq “Facebook”da “Pokemon Go Azerbaijan” səhifəsi də yaradılıb və minlərlə istifadəçi tərəfindən bəyənilib.
Oyunun təhlükəli tərəfləri onu deməyə əsas verir ki, dünyanın müxtəlif yerlərində olduğu kimi, Azərbaycanda da pokemon oynayan insanlar bilməyərəkdən ABŞ kəşfiyyatının casusuna çevrilirlər. Misal üçün, x pokemonçu azərbaycanlı strateji əhəmiyyətli obyektin yanından keçərkən, qəfil “pokemon”a rast gəlir və onu “vurmaq” üçün telefonun kameralarını işə salır. “Pokemon” vurulan zaman həm də strateji obyekt haqda vizual görüntülər və koordinatlar artıq CİA-nın bazasına daxil olur. Göründüyü kimi, bu, olduqca təhlükəlidir.
Lakin ABŞ kəşfiyyatının dollar xərcləmədən məlumat toplamasının digər yolları da var.
“Tac pad”
Telefonun, yaxud kompüterin barmaq izi ilə açılması. Bu, insanların öz barmaq izlərini könüllü şəkildə Amerika kəşfiyatına ötürməsi deməkdir.
“Qeolokasiya”
İnsanlar sosial şəbəkələrdə hazırda harada olduqlarını göstərirlər. Bu, onları rahat şəkildə izləmək imkanı qazandırır.
“Selfi”
Populyarlığı ilə xəstəliyə çevrilən selfi planetin bütün insanlarının öz fotolarını könüllü şəkildə CİA bazasına göndərməsinə şərait yaradır. Artıq “dərin güclər” dünyanın ən ucqar yerində yaşayan insanı da üzdən tanıyır. Onlar buna selfi sayəsində nail olublar.
Qeyd: Maraqlı məqamlardan biri də odur ki, ABŞ kəşfiyyatının məlumat topladığı bu cür vasitələr, yaxud oyunlar qısa zaman ərzində bütün dünyada məşhurlaşır. Hesab etmək olar ki, vasitələrə populyarlıq qazandırmağın da arxasında müəyyən plan yatır. Yoxsa, selfi kimi adi bir fotoçəkilişin xəstəliyə çevrilməsinə nə səbəb ola bilərdi?
Şərhlər