Bu gün "sükut günü"dür

25.09.2016 10:15     Siyasi reaksiya     1174

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bu gün - sentyabrın 25-i Azərbaycanda sükut günüdür.

Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün təşviqat aparmaq qadağan edilir.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, referendumqabağı təşviqat sentyabrın 3-də başlayıb, sentyabrın 25-i saat 08:00-da başa çatıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar