ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır

28.09.2016 08:45     Siyasi reaksiya     1039

ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil.

Trend RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) seçicilərin 3 673 029 nəfəri səs verib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar